ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistana

ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib.

Polemika.az xəbərv verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun rəsmi "Twitter" hesabında bildirilib.

"Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insidentlər barədə məlumatlardan narahatıq. Həlak olanların ailələrinə başsağlığı verir və qoşunların geri çəkilməsi, sərhədlərin demarkasiyası və saxlanılanların qaytarılması da daxil olmaqla tərəfləri gərginliyi azaltmağa çağırırıq", - deyə paylaşımda qeyd olunub.

ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ