İlham Əliyev Serbiya prezidentini təbrik etdi

İlham Əliyev Serbiya prezidentini təbrik etdi

İlham Əliyev Serbiya prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.

Polemika.az xəbər verir ki, dövlətimizin başçısı dinamik inkişaf yolunda olan Azərbaycan-Serbiya münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib.

Təbrik məktubunda deyilir: “Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Dövlətimizin başçısı, həmçinin Prezident Aleksandar Vuçiçə ən xoş arzularını çatdırıb, dost Serbiya xalqına daim əmin-amanlıq və rifah diləyib.

İlham Əliyev Serbiya prezidentini təbrik etdi