Kirayədə qalan millət vəkili: "Deputatların hamısı oliqarx deyil"

Kirayədə qalan millət vəkili: "Deputatların hamısı oliqarx deyil"

Kirayədə qalan millət vəkili: "Deputatların hamısı oliqarx deyil"

Milli Məclisinin deputatı Razi Nurullayev millət vəkili üçün verilən kirayə pulunun artırılması ilə bağlı təklifi cəmiyyətdə ajiotaja səbəb oldu. 

Hansısa bir deputatın kirayədə qalması ilə bağlı məlumat indiyənə qədər ictimaiyyətə məlum deyildi. Əksinə, cəmiyyət deputatların, millət vəkillərinin zəngin həyat tərzi keçirdiyini düşünür. Buna görə də insanlar bu xəbərlərin dəqiqliyinə şübhə ilə yanaşdılar. 

Məlum oldu ki, söhbət müxtəlif bölgələrdə yaşayan deputatlardan gedir. Həmin deputatlara 220 manat kirayə pulu verilirmiş.

Məsələ ictimailəşəndən sonra kirayədə qalan deputatların adları açqılandı. Həmin deputatlar Emin Hacıyev, Cavid Osmanov, Vüqar İskəndərov, Ramil Həsən, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kazımzadə, Naqif Həmzəyev və digərləridir.

Polemika.az-ın əməkdaşı məsələ ilə bağlı kirayədə qaldığı deyilən deputat Vüqar İskəndərovla danışıb. Deputat bu məsələyə qısa münasibət bildirib:

“Bu məsələ ilə bağlı gündəmə gəlmək istəmirəm. Bəli, mən kirayədə qalıram. Müsahibələrimin bir çoxunda da bunu demişəm. Real kirayədə mən yaşayıram. Ötən ilin martından Bakıdayam. Həmkarlarımızın bəzilərinin adları kirayədə getsə, də gedib-gəlirlər. Daimi yaşamırlar. Mən sırf burada yaşayıram. Burada qeyri-adi heç nə görmürəm. Hər zaman bu suala da cavab vermişəm. İnsanlar deputatların hamısını oliqarx saymasınlar. Təsadüf olar ki, kimsə parlamentə gəlib, varlansın. Deputat nazir deyil ki, işçisi, büdcəsi olsun. Deputatın bir nəfər köməkçisi olur. Düşünürəm ki, bir xalqın deputatı, işçisi, həkimi, hər bir nümayəndəsi yaxşı, layiqli yaşamalıdır”.

Deputat ötən gün parlamentdə hərbçilərin maaşının artırılması ilə bağlı təklif irəli sürdüyünü söyləyib:

“Dünən parlamentdə Şəki ilə bağlı problemləri işıqlandırdım. Daha sonra isə hərbçilər, müddətdən artıq hərbi qulluqçularla bağlı təklif irəli sürdüm. Ordumuzun daha da peşəkarlaşmasını istəyirəm. Məsələn, ABŞ-da çağırış yoxdur. Amma dünyanın ən güclü ordusu ordadır. Bu onların maliyyəsi hesabınadır. Ona görə söylədim ki, MAXE-lərin maaşını ikiqat artırmaq lazımdır. Mühribədən sonra insanların orduya axını zəifləyib. Orduya sağlam gəncləri cəlb etmək lazımdır ki, onların sənəti döyüşçü olsun”.

V.İskəndərov adının bu kimi məsələlər də hallanmasını istəmədiyini qeyd edib:

“İki ilə yaxındır ki, parlamentdəyəm, hələ heç vaxt maliyyə məsələlərini problem etməmişəm. Əsas odur ki, işimizi vicdanla görək, dövlətimizə, xalqımıza idmət etməyə çalışaq. Biz çalışmalıyıq ki, adımız yaddaşlarda yaxşı qalsın. Bunun üçün də əlimizdən gələni etməliyik.

4 şəhid uşağını 18 yaşa qədər himayəmə götürüb, adlarına kart açdırmışam. Hər ayın əvvəli birinə 500, 2 uşağa 600 manat pul verəcəyik. Belə şeylər filmlərdə olmur. Həyatda da olur. Şəhidimizin övladları yaxşı yaşasın deyə, bunu etməliyik".

Nəzrin Vahid 

Kirayədə qalan millət vəkili: "Deputatların hamısı oliqarx deyil"