Toya gedən 143 nəfər qapının arxasında qaldı

Toya gedən 143 nəfər qapının arxasında qaldı

Toya gedən 143 nəfər qapının arxasında qaldı

Noyabrın 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 163 toy şənliyinin monitorinqini həyata keçirib. 

Daxili İşlər Nazirliyindən (DİN) Polemika.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 143 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Toya gedən 143 nəfər qapının arxasında qaldı