“Hamının əvəzinə borcları ödədik” - Putin SSRİ-nin borclarından danışdı

“Hamının əvəzinə borcları ödədik” - Putin SSRİ-nin borclarından danışdı

“Hamının əvəzinə borcları ödədik” - Putin SSRİ-nin borclarından danışdı

Ukrayna hələ də SSRİ-dən qalan xarici əmlakı Rusiyaya verməyib.

Polemika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“90-cı illərdə Rusiya xarici maliyyə qaynağı olmadan sosial-iqtisadi məsələləri həll edə bilməzdi. Və Rusiya 90-cı illərdə çoxlu borc götürdü. Birincisi, biz 1993-cü ildə bütün ittifaq respublikalarının əvəzinə SSRİ-nin borclarını qaytarmağı üzərimizə götürdük", - deyə prezident qeyd edib.

Putin bunu nə üçün etdiklərini belə izah edib:

"Rusiya bunu ona görə etdi ki, respublikalar SSRİ-dən qalan xarici aktivləri ona qaytaracaq. Hamının əvəzinə borcları ödədik, amma heç də hər kəs xarici aktivlərini bizə verməklə bağlı öhdəliyi yerinə yetirmədi. Məsələn, Ukrayna hələ də bunu etməyib”.

“Hamının əvəzinə borcları ödədik” - Putin SSRİ-nin borclarından danışdı