Hikmət Mirzəyevin evi qarət olunub? - DİN-dən iddialara CAVAB

Hikmət Mirzəyevin evi qarət olunub? - DİN-dən iddialara

Hikmət Mirzəyevin evi qarət olunub? - DİN-dən iddialara CAVAB

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı yayılan iddialara cavab verib.

Polemika.az xəbər verir ki, Elşad Hacıyev məlumatın əsassız olduğunu qeyd edib.

"Sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar yayılıb. Abşeron Rayon Polis İdarəsinə bununla bağlı hər hansı məlumat, müraciət daxil olmayıb. İddialar əsassızdır, həqiqəti əks etdirmir".

 

Hikmət Mirzəyevin evi qarət olunub? - DİN-dən iddialara CAVAB