Gəncə sakinində silah və narkotik aşkarlandı - Fotolar

Gəncə sakinində silah və narkotik aşkarlandı

Gəncə sakinində silah və narkotik aşkarlandı - Fotolar

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaq şübhəli bilinən şəhər sakini Elçin Əsgərovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərk götürülüb.

Daxili İşlər Nazirliyindən Polemika.az-a verilən məlumata görə, saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində isə 1 kq 565 qram çəkidə narkotik vasitə olan “marixuana” aşkar oluraq götürülüb.

Bundan başqa Baş İdarənin Nizami rayon polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləi nəticəsində isə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Araz Məmmədovdan müxtəlif bükümlərdə narkotik maddə olan “heroin”aşkar edilib. 

Gəncə sakinində silah və narkotik aşkarlandı - Fotolar