"Müharibəyə hər gün daha çox yaxınlaşırıq” - Deputat

"Müharibəyə hər gün daha çox yaxınlaşırıq”

"Müharibəyə hər gün daha çox yaxınlaşırıq” - Deputat

“Hadisələrin gedişatı onu göstərir ki, qarşıdurma tərəflərinin arasında kompromisin əldə edilməsi cəhdləri nəticə vermir”.

Bu sözləri Polemika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyib.

O, son günlər Donbasda baş verən gərginliyi şərh edib:

“Rusiyanın birmənalı tələbə odur ki, NATO Şərqə doğru genişlənməməlidir, Ukrayna NATO-ya daxil edilməməlidir, Ukraynada ABŞ və NATO ölkələrinin dağıdıcı silahları yerləşdirilməmlidir, NATO 1997-ci il sərhədlərinə qayıtmalıdır. Eyni zamanda, Rusiya fevralın 18, 19 və 20-də Münxendə keçirilən Təhlükəsizlik Konfrasına da qatılmaqdan imtina edib və bunu texniki səbəblərlə əsaslandırıb. Eləcə də hadisələrin gedişatı, qondarma “DXR” və “LXR”də əhalinin təxliyə edilməsi, bundan savayı, səfərbərliklərin həyata keçirilməsi ona dəlalət edir ki, müharibə tendensiyası artmaqdadır və müharibə hər an başlaya bilər”.

Deputat qeyd edib ki, o, müharibənin başlamasına dair tarixlərin təyin edilməsini ciddi saymır:

“Müharibə elə bir şeydir ki, onun nə zaman baş verəcəyini bilmək qeyri-mümkündür. Məncə, açıqlanan tarixlər informasiya müharibəsinin bir tərkib hissəsidir. Amma hər halda nə ABŞ, nə Rusiya, nə də Ukraynanın davranışında geriçəkilmə, güzəştə getmə, qarşılıqlı güzəşt meyli hiss olunmur. Belə olan vəziyyətdə müharibənin başlama ehtimalı kifayət qədər artır”.

Siyasətçi tərəflər arasındakı güc balansını da analiz edib:

“Hazırda Rusiyanın əhalisi 143, Ukraynanın isə 40 milyondur. Rusiyada hazırkı hərbi qüvvələrin sayı 850 mindirsə, Ukraynada bu rəqəm 250 mindir. Bundan başqa, tankların sayına gəldikdə isə Rusiyada bu, 12.500, Ukraynada isə 2.500-dür. Aviasiyaya gəldikdə, Rusiya 4.100-dən çox təyyarə və helikopterə malikdir, Ukraynada isə analoji vəziyyət 317-320 arasındadır. Rusiyanın hərbi büdcəsi 154 milyard dollar, Ukraynada isə bu 12 milyard dollara bərabərdir. Yəni qüvvələr nisbəti çox fərqlidir. Eləcə də Rusiyanın ÜDM-i Ukraynanın ÜDM-indən 8,5-9 dəfə artıqdır. Yəni parametrlər onu göstərir ki, Ukrayna Rusiyanın qarşısında tab gətirə biləcək vəziyyətdə deyil. Amma Ukraynanı başda ABŞ olmaqla, NATO müdafiə edir. Belə olan vəziyyətdə doğrudan da müharibənin qarşısı alınmazsa, bu, Avropada, eləcə də onun sərhədləri yaxınlığında böyük və qlobal bir fəlakətə doğura bilər”.

E. Nəsirov hazırda cəbhəboyu gedən toqquşmaları mühairbə saymır:

“Bu hələ müharibə deyil. Yaxın günlərdə Rusiyanın XİN rəhbəri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Entoni Blinkenin arasında görüşünün olacağı ilə bağlı məlumatlar yayılıb. Ancaq mənə elə gəlir ki, bu, hər iki tərəfin əzələ nümayişidir. Güzəştlər qarşılıqlı olmalıdır. Əks təqdirdə, bu, bir tərəfin məğlubiyyəti kimi sayıla bilər".

"Rusiya Belarusla keçirdiyi birgə hərbi təlimləri vaxtından erkən yekunlaşdırıb və həmin hərbi qüvvələr əvvəlki dislokasiya məntəqələrinə qaytarılıb. Qərddə bunu Rusiyanın məğlubiyyəti kimi dəyərləndirənlər var. Moskvanın kəskin addımlar ata bilər. Artıq Ukraynanın şərqindən təxliyələr başlayıb, hərbi tapşırıqlar verilib və belə olan vəziyyətdə tərflər hər gün müharibədən uzaqlaşmaq yerinə, əksinə, müharibəyə daha çox yaxınlaşdırır”, - deyə deputat fikrini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

"Müharibəyə hər gün daha çox yaxınlaşırıq” - Deputat