40 yaşlı İbrahimoviçə 3 milyon avroluq təklif

40 yaşlı İbrahimoviçə 3 milyon avroluq təklif

40 yaşlı İbrahimoviçə 3 milyon avroluq təklif

"Milan" futbolçusu Zlatan İbrahimoviçə yeni müqavilə təklif etməyə hazırlaşır. 

Polemika.az xəbər verir ki, bu barədə "Sportmediaset" məlumat yayıb. A seriyası təmsilçisi oktyabr ayında 41 yaşı tamam olacaq hücumçuya yeni sözləşmə təklif edəcək. Lakin İbrahimoviç bu müqavilə ilə razılaşsa, onun maaşı əhəmiyyətli dərəcədə azaldılacaq. Belə ki, oyunçu hazırda illik 7 milyon avro məvacib alır. Lakin "Milan" yeni sözləşmə imzalanacağı təqdirdə İbrahimoviçə illik 3 milyon avro əməkhaqqı ayıracaq. Bonuslarla birlikdə isveçli futbolçunun qazancı 5 milyon avroyadak arta bilər. 

Qeyd edək ki. İbrahimoviçin "Milan"la hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. 

40 yaşlı İbrahimoviçə 3 milyon avroluq təklif