“Ailə Məcəlləsinə dəyişiklik edilməlidir” - Kəmalə Ağazadə 

“Ailə Məcəlləsinə dəyişiklik edilməlidir”

“Ailə Məcəlləsinə dəyişiklik edilməlidir” - Kəmalə Ağazadə 

“Əlbəttə, qanunvericilikdə dəyişikliyin edilməsi mütləq olmalıdır. Çünki qanunvericilikdə yeniyetmə qızların nişanlanması məsələsi qeyd olunmayıb, sadəcə erkən evlilik aktı baş veribsə, o zaman məsələyə hüquqi qiymət verilir. Ona görə də, bu məsələyə hüquqi qiymət verilməsi üçün qanuna yenidən baxılması vacibdir”.

Bunu Polemika.az-a açıqlama verən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib

Qeyd edək ki, Azərbaycanda 17 yaşına qədər qızların erkən ərə verilməsi və onların bu yolla təhsildən yayındırılması hallarına hələ də rast gəlinir. Bu halları xüsusən kənd rayonlarında daha çox görmək mümükündür. Adətən, belə hadisələr olduqda ailə icra hakimiyyəti və polis nəzarətinə götürülür, nişan olubsa, yalnız qanunvericiliyin tələbindən kənar sayılan toyun qarşısı alınır. 

“Bu hadisələrin qarşısını almaq üçün maarifləndirməyə diqqət yetirilməlidir. Axı nə üçün 14 yaşlı uşaq hələ ki, öz uşaqlığını yaşamadan ailə qurmağa məcbur edilməlidir?! Hər bir uşaqla məktəblərdə çox ciddi iş aparılmalıdır. Həmçinin, ailələrlə görüşlər keçirilməlidir. Düzgün düşüncə tərzi təbliğ edilməlidir. Burada istər regionda, istərsə də böyük şəhərlərdə uşaqlarla işin təşkilindən söhbət gedir. Valideynlər bu məsələdə baş roldurlar. Ona görə də, hər bir valideyn öz tərbiyə üsulunu gözdən keçirməli, diqqətlə övladlarını böyütməlidirlər”, - Kəmalə Ağazadə qeyd edib.

Ayzel

“Ailə Məcəlləsinə dəyişiklik edilməlidir” - Kəmalə Ağazadə