Gürcüstan Moskvaya etiraz etdi

Gürcüstan Moskvaya etiraz etdi

Gürcüstan Moskvaya etiraz etdi

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin NATO-nun genişlənməsi ilə bağlı bəyanatını “qəbuledilməz” hesab edir.

Polemika.az “Qruziya Online”a istinadla xəbər verir ki, dekabrın 10-da Moskva Buxarest sammitində alyansın qapılarının Tbilisi və Kiyev üçün açıq olması barədə qərarından rəsmən imtina etməyi tələb edib.

Bununla belə, Tbilisi vurğulayır ki, heç bir üçüncü ölkə bu qərara təsir edə bilməz.

“2008-ci il aprelin 3-də Buxarestdə keçirilən sammitdə NATO-ya üzv ölkələrin liderləri Gürcüstanın (və Ukraynanın) NATO-ya üzv olması barədə qərar qəbul etdilər. Bu, konsensusa əsaslanan son dərəcə mühüm siyasi qərardır. O, beynəlxalq hüququn fundamental prinsipinə əsaslanır, ona görə bütün dövlətlər öz xarici siyasət kursunu seçməkdə suveren hüquqa malikdirlər.

Eyni zamanda, bu qərar Şimali Atlantika Müqaviləsinin 10-cu maddəsindən irəli gəlir ki, ona əsasən Müqavilənin prinsiplərini bölüşən və Şimali Atlantika regionunun təhlükəsizliyinə töhfə verən istənilən Avropa ölkəsi NATO üzvü ola bilər.

NATO-ya üzvlük Gürcüstan əhalisinin əksəriyyətinin sarsılmaz iradəsinə əsaslanan Gürcüstanın suveren qərarıdır. Bu məqsəd Gürcüstan Konstitusiyasında da öz əksini tapıb.

Qeyd edək ki, Buxarest sammitində qəbul edilən qərar NATO-nun 2008-ci ildən sonra keçirilən bütün sammitlərində təkrarlanıb. NATO-nun 2021-ci ildə Brüsseldə keçirilən sammitində qəbul edilmiş kommunikedə vurğulanır ki, müttəfiqlər ölkələrin xarici prioritetlərinin müəyyənləşdirilməsinə hər hansı üçüncü tərəfin müdaxiləsini qəbuledilməz hesab edir.

Buxarest sammitinin qərarına yenidən baxılması ilə bağlı üçüncü tərəfin beynəlxalq hüququn fundamental prinsip və normalarına zidd olan hər hansı bəyanatı Xarici İşlər Nazirliyi üçün qəbuledilməzdir”, - deyə Gürcüstan XİN-in bəyanatında deyilir.

Gürcüstan Moskvaya etiraz etdi