“Bu qanun xaotik vəziyyətdən, sistemli dövrə keçid olacaq”

“Bu qanun xaotik vəziyyətdən, sistemli dövrə keçid olacaq”

“Bu qanun xaotik vəziyyətdən, sistemli dövrə keçid olacaq”

“Hesab edirəm ki, bu lazımlı layihədir. Son ümumi bir qanunun qəbul edilməsindən 22 il ötür”.

Bu sözləri Polemika.az-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Media haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, yeni layihədə müəyyən dəyişiklik edilib. Əvvəlki qanunda elektron media orqanları ümumiyyətlə yox idi, həm internet televiziyaları, həm də ümumən qəzetlərin fəaliyyəti bu qədər yüksək səviyyədə tənzimlənməmişdi.

“Müəyyən proseslər gedirdi doğrudur, ancaq hazırda daha müsbət, fərqli bir faktları müşahidə edirik. 

Düşünürəm ki, bu qanun layihəsi Azərbaycan mediasının fəaliyyət sferasını, hüquqi baxımdan yaxşılşdıran bir qanun olacaq. Qanun jurnalistikanın fəaliyyətini, iş prinsipini, hüquqi prinsipini müəyyənləşdirəcək bir sənəd olacaq.

Ümumiyyətlə, onlayn media həyatımızın qaçılmaz bir parçası halına gəlib. Onlayn media bu gün təkcə Azərbaycanda deyil, dünyada da sürətlə inkişaf edir. Elektron media orqanları nə qədər böyük fəaliyyət prinsipinin ortada olduğunu, ictimaiyyətlə bu qədər yaxın olan vasitə kimi, sistemləşmiş media orqanlarıdır.

Ancaq bu orqanlarla bağlı hansısa hüquqi bir baza mövcud deyildi. Çap mediası ilə bağlı, “KİV haqqında” qanunumuz var ancaq elektron media orqanlarını tənzimləyən belə bir hüquqi baza yox idi. Ümid edirəm ki, həm də bu elektron media orqanlarının fəaliyyətini sistemləşdirəcək. Xaotik vəziyyətdən, konkret olaraq sistemli bir dövrə keçid olacaq. Çoxdan olması lazım olacaq bir layihə idi bu. 

Hüquqi bazanın bu layihədə öz əksini tapması, düşünürəm ki, çap mediası ilə yanaşı elektron media orqanlarında hüquqi bazanın yaranmasında müsbət rolu olacaq”.

Qeyd edək ki, dekabrın 10-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Layihə 9 fəsil 78 maddədən ibarətdir.

Qanun layihəsində əsas anlayışların yeni redaksiyada şərhi verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər öz əksini tapıb.

Ayzel 

“Bu qanun xaotik vəziyyətdən, sistemli dövrə keçid olacaq”