Güləş millimizin son 2 üzvü mübarizəyə qoşuldu

Güləş millimizin son 2 üzvü mübarizəyə qoşuldu

Güləş millimizin son 2 üzvü mübarizəyə qoşuldu

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında yunan-Roma güləşi üzrə millimizin son 2 üzvü mübarizəyə qoşulub.

Polemika.az xəbər verir ki, Nihat Məmmədli (60 kq) 1/4 finalda macar Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Məmmədli finala vəsiqə qazanmaq üçün erməni Tiqran Minasyana qalib gəlməlidir.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Adəm Hacızadə (72 kq) debütdə macar Atilla Toeşmaqiylə üz-üzə gəlib. Görüş gərgin mübarizə şəraitində keçib. Rəqib güləşçi ilk hissəni 7:0 hesabıyla öndə tamamlayıb. Həmyerlimiz ikinci hissədə bu xallardan 5-nin əvəzini çıxsa da, daha 2 xal qazanmağa vaxt çatmayıb - 5:7.87 kq-da yer alan Laçın Vəliyev təsəlliverici görüşdə türkiyəli Muhutdin Sarıçiçəyə qalib gələrək, bürünc medal görüşünə vəsiqə qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.

Güləş millimizin son 2 üzvü mübarizəyə qoşuldu