Volkan Dəmirəl məşqçiliyə başlayır

Volkan Dəmirəl məşqçiliyə başlayır

Volkan Dəmirəl məşqçiliyə başlayır

Türkiyə Superliqa təmsilçisi "Fatih Karagümrük" klubuna yeni baş məşqçi təyin edilib.

Polemika.az türk mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisini Volkan Dəmirəl çalışdıracaq. Klubun yaydığı açıqlama da bildirilir ki, 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyə millisinin sabiq qapıçısı ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək. O, futbolçu karyerasını bitirdikdən sonra 2019-cu ildən 2021-ci ilin yayına kimi "Fənərbaxça"da köməkçi məşqçi kimi işləyib.

Qeyd edək ki, Volkan Dəmirəl "Fatih Karagümrük"ün baş məşqçisi postunda bir neçə gün əvvəl istefaya göndərilən Françesko Fariolini əvəz edib.

Volkan Dəmirəl məşqçiliyə başlayır