Futbolçunun evini bir ildə iki dəfə qarət etdilər

Futbolçunun evini bir ildə iki dəfə qarət etdilər

Futbolçunun evini bir ildə iki dəfə qarət etdilər

Niderlandın PSV klubunun futbolçusu Eran Zahavinin evi qarət olunub.

Polemika.az xəbər verir ki, 34 yaşlı hücumçu bu il ərzində artıq ikinci dəfədir ki, belə vəziyyətlə üzləşir.

Soyğunçular evə daxil olarkən evdə heç kim olmayıb. Amsterdam polisi hadisəylə bağlı iki nəfər şübhəli şəxsi saxlayıb.

Qeyd edək ki, israilli futbolçunun evi may ayında da qarət olunmuşdu.

Futbolçunun evini bir ildə iki dəfə qarət etdilər