“Hazırda eyforiyaya qapılmaq ziyanımıza işləyə bilər" - İdman yazarı

“Hazırda eyforiyaya qapılmaq ziyanımıza işləyə bilər" - İdman yazarı

“Hazırda eyforiyaya qapılmaq ziyanımıza işləyə bilər" - İdman yazarı

“Hazırda eyforiyaya qapılmaq ziyanımıza işləyə bilər. Çünki Konfrans Liqasında 1/8 final oynamaq üçün "Qarabağ"a hələ qrupu indiki kimi lider olaraq başa vurmaq mütləqdir”.

Polemika.az xəbər verir ki, bu sözləri idman yazarı Aydın Bağırov şəxsi “Facebook” hesabında yazıb. O, növbəti oyunlardan sonra qrup liderliyinin müəyyənləşəcəyini qeyd edib:

“Hər şey son turun dekabr ayında İsveçrədə keçiriləcək "Bazel" - "Qarabağ" görüşündə qətiləşəcək. Məhz həmin oyundan sonra qrup lideri və ikincisi müəyyənləşəcək. Bu qrupda ikinci yeri tutan pley-offda Avroliqanın ən yaxşı qrup üçüncüsündən biri ilə oynayacaq. Qalib Konfrans Liqasının 1/8 finalına vəsiqə qazanacaq.

İndiki halda isə onu demək olar ki, "Qarabağ" əla oyun və göstərici ilə irəliləyir. Yığılan 10 xal bizim üçün bir mövsümdə rekord olmaqla yanaşı həm də UEFA reytinqində mövqeyimizi qorumaq (ya da artırmaq) deməkdir”.

Mehri Qurban

 

 

 

“Hazırda eyforiyaya qapılmaq ziyanımıza işləyə bilər" - İdman yazarı