Fatih Terimin maaşı 3 milyon artdı

Fatih Terimin maaşı 3 milyon artdı

Fatih Terimin maaşı 3 milyon artdı

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin illik maaşı açıqlanıb.

Polemika.az xəbər verir ki, klubun vitse-prezidenti Rezan Epözdemir son günlər Türkiyə mətbuatında Terimin maaşı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

O, məsələ ilə bağlı “NTV Spor”a açıqlama verib:

"Məşqçimiz 18 milyon TL, yəni təxminən 1,6 milyon avro alırdı. Yeni müqavilədən sonra illik maaşı 21 milyon TL olub".

Qeyd edək ki, Fatih Terim 2017-ci ildən “Qalatasaray”ı çalışdırır.

Fatih Terimin maaşı 3 milyon artdı