"Paşinyan-Əliyev görüşü barədə məlumatsızam" - Ermənistan rəsmisi

"Paşinyan-Əliyev görüşü barədə məlumatsızam" - Ermənistan rəsmisi

"Paşinyan-Əliyev görüşü barədə məlumatsızam" - Ermənistan rəsmisi

“Həmişə müəyyən formatlar var ki, orada sərhədlərlə bağlı məsələlər, yolların blokadadan çıxarılması, infrastruktur və s. məsələlər müzakirə olunur. Belə məsələlər qarşıdakı görüşdə müzakirə oluna bilər, lakin hazırda heç bir məlumat yoxdur”.

Polemika.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Aparatının rəhbəri Arayik Arutyunyan deyib.

Qeyd edək ki, erməni mətbuatında noyabrın 9-da Moskvada Ermənistan və Azərbaycan liderləri arasında görüş gözlənildiyi barədə xəbərlər yayılıb.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 27-də jurnalistlərə olan açıqlamasında bildirib ki, hazırda nə Ermənistan Baş naziri, nə də Azərbaycan Prezidenti, yəni ikili formatda görüş nəzərdə tutulmur.

"Paşinyan-Əliyev görüşü barədə məlumatsızam" - Ermənistan rəsmisi