“Facebook”, “YouTube”, “Instagram”, “TikTok”… Azərbaycanda hansı qadağalar ola bilər? 

“Facebook”, “YouTube”, “Instagram”, “TikTok”… Azərbaycanda hansı qadağalar ola bilər? 

“Facebook”, “YouTube”, “Instagram”, “TikTok”… Azərbaycanda hansı qadağalar ola bilər? 

“Media haqqında qanun”un müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı sosial şəbəkələrin də bu qanuna daxil edilməsini tələb edib. Dünyanın bir çox yerində sosial şəbəkələr haqqında tam olmasa da, bir sıra müəyyən qanunlar var. Bəs, Azərbaycanda mövcud vəziyyət necədir?

Sosial şəbəkələr hansısa qanunla tənzimlənməlidir, ya yox? “Facebook”, “YouTube”, “Instagram”, “TikTok” və digər sosial platformaların nizamlama sistemi necədir?

Polemika.az-a danışan media üzrə ekspert Müşfiq Ələsgərli düşünür ki, sosial şəbəkələrin qanun çərçivəsində tənzimlənməsi dünya miqyasında tam uğurlu variant kimi qəbul olunmur:

“Amma bununla yanaşı müəyyən tənzimləyici addımlar atılır. Dünyada informasiya yayımında daha çox müəyyən trendlər var ki, bu təkcə sosial şəbəkələr üçün deyil, ümumilikdə informasiya yayıcıları üçün həssas yanaşmalı olduqları müəyyən məzmunlar var.

Bunlara nə daxildir? Məsələn, şəxsi həyatın toxunuzlmalığı, təhqir və böhtanın yolverilməzliyi, cəmiyyətdə kataklizmlər yaradan informasiyaların yolverilməzliyi məsələsi və s. və i.a. Yaxud da ki, həssas qrupa daxil olan uşaqlarla bağlı olan informasiyaların yayılmasında müəyəyən həssaslıq göstərilməsidir ki, dünyada bu cür həssas yanaşılmalı müəyyən növ məzmunlar var ki, bu sosial şəbəkələrdə və yaxud ənənəvi KİV-də olmasından asılı olmayaraq, bu sahədə informasiyaların yayılmasında bir sıra ehtiyatlılığın göstərilməsi tövsiyyə və təklif olunur və müəyyən halda qanunla da qorunur. O baxımdan bunun harada yayılmasından asılı olmayaraq bu cür informasiyalarda həssas yanaşmanı biz də təqdir edirik və arzuolunandır”.

“O baxımdan burada, ümumilikdə, sosial şəbəkələrin tənzimlənməsi deyil, konkret yayılması, həssaslıq və ehtiyatlıq tələb edən məzmunun tənzimlənməsiylə bağlı söhbət gedə bilər. Bu baxımdan Azərbaycanda hələlik bu varianta üstünlük verilir. Məsələn, təhqir və böhtan yolverilməzdir və bizim Cinayət Məcəlləmizin 147-148-ci maddəsində də göstərilir ki, bu yayıma sosial şəbəkələr üzərindən də yol verilsə, müəyyən hüquqi məsuliyyət yaradır.

Yaxud şəxsi həyatın toxunulmazlığı məsələsidir ki, bu istər KİV-lərdə, istərsə də sosial şəbəkələrdə olsun, bunlar həssaslıq tələb edir və yayılarsa, bu, artıq Cinayət Məcəlləsinin 156-cı maddəsinə uyğun məsuliyyət doğurur. Bu cür hallar var ki, bizim qanunvericiliyimizdə bu kimi ayrı-ayrı hallar üzrə məsələlərin konkretləşdirilməsi üçün müəyyən adıdmlar atılır və qanunvericilikdə uyğunlaşdırmalar aparılır. Biz də bunun tərəfdarıyıq ki, tənzimləmə bu cür konkret məzmun və mövzuların üzərində olsun”, - deyə ekspert əlavə edib.

M.Ələsgərlinin sözlərinə görə, ümumilikdə, sosial şəbəkələrin bir platforma olaraq tənzimlənməsinə gəldiksə isə, bununla bağlı ayrı-ayrı ölkələrdə müxtəlif formalı addımlar atılır:

“Məsələn, Türkiyədə 2020-ci ildə bir qanun qəbul olundu və o qanunda göstərilir ki, sosial şəbəkələr ölkə ərazisində hansı standartlara əməl etməlidirlər. Hansısa sosial şəbəkə platformasının ölkə üzrə istifadəçilərinin sayı 1 milyon nəfəri keçirsə, onların yerli təmsilçiliyi yaradılmalıdır. Yaxud Rusiyada feyk nyusa qarşı mübarizə haqqında qanun qəbul olunub və orada göstərilir ki, saxta xəbər yayıcılığı istər KİV, istərsə də sosial şəbəkələrdə qadağandır”.

Eskpert həmçinin onu da vurğulayıb ki, dünyada bu məsələdə konkret bir model yoxdur və hər bir ölkə yerli şəraitinə uyğun olaraq qanunlarda müəyyən düzəlişlər edir:

“Bu da, əslində, yaxşı haldır, amma məsələ burasındadır ki, bu cür halların pozulmasına görə, hansı cəzalar tutulub, bax, əsas mübahisəli məqam da budur. Bəzi ölkələr var ki, bu mövzuda sərt qaydalar tətbiq edirlər, bəziləri isə yumşaq davranış göstərirlər.

Ümumilikdə konkret bir model yoxdur və hər bir ölkədə yerli şəraitə uyğun olaraq müxtəlif tənzimləyici addımlar atılır”.

IT üzrə mütəxəssis, Technote.az saytının rəhbəri Fərid Pərdəşünas isə hesab edir ki, bəzi kontentlərin bloklanması məsələsində “Facebook”un özünün strategiyası var:

“Bu, “Terms and Condition” adlanır. Buradakı qanunlar bütün həmkarlar üçün keçərlidir və bütün qlobalda tənzimlənir. Burada “Fcebook” kimsəyə fərq qoymur. Orada bloklanan kontentlər, əsasən, pornoqrafik, bullinq və s. kontentlərdir. “Facebook”un alqoritması qərara alır ki, bu adam kiməsə hate speech edir, yəni nifrət dolu fikirlər səsləndirir, aqresiya saçır ətrafa, insanları təhqir edir, milliyətçi paylaşımlar edir, dini-irqi təhqirlər həyata keçirir. Burada mövzu çox dərindir”.

Mütəxəssis qeyd edib ki, Azərbaycanda bu tənzimlənmə sistemi yoxdur, çünki bütün dünya qlobala tabedir:

“Azərbaycanda qanunverilicikdə isə bu, mülki hüquqla tənzimlənə bilər, amma rəqəmsalda hüquq deyilən bir şey yoxdur, rəqəmsal da etdiyin də mülki hüquqda məsuliyyət daşıyır.

Sosial şəbəkələrdə kimisə təhqir etməklə bağlı bəli, qanunvericilikdə maddələr nəzərdə tutulub və onlar da məsuliyyət yaradır ki, bir şəxsin başqa şəxsə onlayn platformalarda saxta profil yaradaraq onu təhqir, hətta şantaj etməsi, məsuliyyətə cəlb edir o şəxsləri”, - deyə ekspert yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 

“Facebook”, “YouTube”, “Instagram”, “TikTok”… Azərbaycanda hansı qadağalar ola bilər?