Emreli "Legia" ilə yollarını ayırır

Emreli "Legia" ilə yollarını ayırır

Emreli "Legia" ilə yollarını ayırır

Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu “Legiya”ya məktub göndərib.

Polemika.az xəbər verir ki, bu barədəjurnalist Eugenio Qonzales Aqilera məlumat yayıb.

O, Tvitter vasitəsilə 25 yaşlı forvardın Varşava təmsilçisi ilə müqaviləsinə xitam vermək niyyətində olduğunu bildirib. Deməli, Emreli komandanın Dubaydakı təlim-məşq toplanışına qatılmayacaq.

Jurnalistin iddiasına görə, Mahirin vəkilləri kluba məktub göndərərək, sözləşməni ləğv etmək üçün prosedura başlayacaqlarını yazıblar.

ABŞ-dan olan vəkillərin klubla danışığı uğursuz nəticələnsə, o zaman tərəflərin məsələsinə məhkəmədə aydınlıq gələcək.

Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Emreli "Legia" ilə yollarını ayırır