Emil Balayev "Qarabağ"la vidalaşdı

Emil Balayev "Qarabağ"la vidalaşdı

Emil Balayev "Qarabağ"la vidalaşdı

"Qarabağ" Emil Balayevlə yollar ayırıb.

Polemika.az "Qarabağ"ın rəsmi saytına istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ağdam təmsilçisi Emil Balayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. 28 yaşlı qolkiper karyerasını yenidən Qazaxıstanda davam etdirəcək. O, “Turan” klubu ilə sözləşmə imzalayacaq.

Emil Balayev “Qarabağ”a 2020-ci ilin yayında “Zirə”dən keçib. Daha əvvəl isə Qazaxıstanda “Tobol”un formasını geyinib.

Emil Balayev "Qarabağ"la vidalaşdı