Kataloniyalı "Flamenqo"nun qapısını qorumaq istəyir

Kataloniyalı "Flamenqo"nun qapısını qorumaq istəyir

Kataloniyalı "Flamenqo"nun qapısını qorumaq istəyir

"Barselona"nın qapıçısı Neto qış transfer pəncərəsi zamanı Kataloniya klubunu tərk edə bilər. 

Polemika.az xəbər verir ki, 32 yaşlı futbolçu klub rəhbərlərindən onu Braziliyaya buraxmağı xahiş edib.

"Flamenqo" Netonun transferində maraqlıdır. Qapıçı daha çox oynamaq istəyir və ümid edir ki, "Barselona" onu buraxmağa razı olacaq.

Xatırladaq ki, Neto bu mövsüm Kataloniya klubunda 2 oyuna çıxıb və 3 qol buraxıb.

Kataloniyalı "Flamenqo"nun qapısını qorumaq istəyir