Bələdiyyə başçısının maşınında 200 kq narkotik aşkarlandı

Bələdiyyə başçısının maşınında 200 kq narkotik aşkarlandı

Bələdiyyə başçısının maşınında 200 kq narkotik aşkarlandı

Nigerin şimalında polis yerli merin xidmət maşını ilə daşınmış təxminən 8,7 milyon dollar dəyərində 200 kq-dan çox kokain müsadirə edib.

Polemika.az "Reuters"ə istinadla xəbər verir ki, həmin vaxt avtomobildə olan bələdiyyə sədri və sürücüsü 199 briket kokainlə Aqadez ticarət mərkəzinin şimalındakı yolda yerləşən keçid məntəqəsində yaxalanıb.

Niger Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Mərkəzi Ofisindən (OCRTIS) verilən açıqlamada Aqadezdə rekord miqdarda - 200 kq-dan çox kokainin ələ keçirildiyi təsdiqlənib.

Cənubi Amerikadan Avropaya qeyri-qanuni narkotiklərin ən çox yayılmış tranzit yolu olan Qərbi Afrikada son illərdə getdikcə böyük miqdarda narkotik ələ keçirilir.

Keçən may ayında Nigerdə ​​təxminən 37 milyon dollar dəyərində 17 ton sirr qətranı müsadirə edildikdən sonra İnterpolun narkotiklərlə mübarizə üzrə koordinatoru Jan Drapal bildirib ki, narkobaronlar Avropada artan tələbata cavab olaraq getdikcə daha çox böyük partiyalar göndərirlər.

 

Bələdiyyə başçısının maşınında 200 kq narkotik aşkarlandı