37 yaşlı Ronaldo: "Daha 4-5 il oynamaq istəyirəm"

37 yaşlı Ronaldo: "Daha 4-5 il oynamaq istəyirəm"

37 yaşlı Ronaldo: "Daha 4-5 il oynamaq istəyirəm"

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo FİFA-dan “The Best” xüsusi mükafatını aldıqdan sonra danışıb. 

Polemika.az xəbər verir ki, 36 yaşlı oyunçu milli komandada vurduğu qollar sayəsində dünya rekorduna görə mükafat alıb. 2021-ci ildə Kriştiano Portuqaliya millisində vurduğu qolların sayını 115-ə çatdıraraq, keçmiş iranlı hücumçu Əli Daeini (109) qabaqlayıb.

Ronaldo "Daily Mail"ə açıqlamasında deyib: “Beynəlxalq səviyyədə bütün zamanların ən yaxşı bombardiri olmaqdan qürur duyuram. Hələ də oynamağa və qol vurmağa həvəsim var. Beş yaşımdan futbol oynayıram. Meydançaya çıxanda, hətta məşqdə belə motivasiyam orada olur. Tezliklə 37 yaşım olacaq, amma özümü yaxşı hiss edirəm. Mən çox çalışmaqda davam edirəm, çünki futbolu sevirəm və ona həvəsim var. Daha dörd-beş il oynamağı planlaşdırıram. Vücudunuzla yaxşı davransanız, sizə qarşılığını ödəyəcək".

37 yaşlı Ronaldo: "Daha 4-5 il oynamaq istəyirəm"