Ekspert “Tərtər işi”ndən danışdı: “Onların hamısı cəzalandırılsın!”

Ekspert “Tərtər işi”ndən danışdı: “Onların hamısı cəzalandırılsın!”

Ekspert “Tərtər işi”ndən danışdı: “Onların hamısı cəzalandırılsın!”

“Tərtər işi” ilə bağlı istintaqın gedişinə hüquqşünaslar münasibət bildirə, qiymət verə bilərlər.

Polemika.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə, “Tərtər işi” üzrə cinayətdə iştirak edən bütün şəxslər cəzalandırılmalıdır.

“Hüquqşünaslar istintaqın aparılmasını, hər hansı yeni xüsusiyyətlərin ortaya çıxmasını daha dəqiq dəyərləndirə bilər. Ancaq bu məsələ ilə bağlı cəmiyyətdə kifayət qədər narahatlıq var. Buna görə də, bu məsələ ən qısa müddətdə məntiqi və ağlabatan həllini tapmalı, hüquqi baxımdan baş verən proseslər tam dəyərləndirilməlidir. Belə xoşagəlməz və iyrənc məsələdə kimlər iştirak edibsə, tutduğu vəzifədən və daşıdığı rütbədən asılı olmayaraq, hamısı layiqli cəzasını almalıdır”, - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, dünən Baş Prokurorluq “Tərtər işi” ilə bağlı yeni açıqlama yayıb. Bildirilib ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb. Ümumilikdə indiyədək 281 zərərçəkmiş şəxs müəyyən olunub. Bundan əlavə, 16 cinayət işi üzrə yekun məhkəmə qərarları ləğv edilib.

Həmçinin qeyd olunub ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Ekspert “Tərtər işi”ndən danışdı: “Onların hamısı cəzalandırılsın!”