Polis COVID pasportu olmayan 462 nəfəri toya buraxmadı

Polis COVID pasportu olmayan 462 nəfəri toya buraxmadı

Polis COVID pasportu olmayan 462 nəfəri toya buraxmadı

Oktyabrın 27-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib. 

DİN-in Mətbuat Xidmətindən Polemika.az-a verilən məlumata görə, monitorinq 58 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 19 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 462 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. 

Polis COVID pasportu olmayan 462 nəfəri toya buraxmadı