Dünyada COVID-ə yoluxanların sayı 265 milyon nəfəri keçib

Dünyada COVID-ə yoluxanların sayı 265 milyon nəfəri keçib

Dünyada COVID-ə yoluxanların sayı 265 milyon nəfəri keçib

Dünyada qeydə alınan COVID-19 koronavirus infeksiyasına yoluxma hallarının sayı 265.854.752 nəfərə çatıb.

Polemika.az xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Dünyada COVID-19-a yoluxduqdan sonra virusun yayılmasının başlanğıcından indiyədək 5.255.648 nəfər dünyasını dəyişib.

20 milyondan çox COVID-19 xəstəsi olan ölkələr arasında ABŞ, Hindistan və Braziliya ilk sıradadır.

COVID-19-a yoluxanların və ölənlərin sayına görə liderlik ABŞ-da saxlanılır: 49.085.361 nəfərin COVID-19-a yoluxması müəyyən edilib. Ölənlərin sayı isə 788.363 nəfər olub.

Hindistanda yoluxanların sayı 34.641.561 nəfərə çatıb, ölənlərin sayı 473.537 nəfərdir.

Braziliyada 22.143.091 yoluxma, 615.636 ölüm qeydə alınıb.

Dünyada COVID-ə yoluxanların sayı 265 milyon nəfəri keçib