Deputat Ramiz Mehdiyevin istefasından danışdı: “Onun həyatına acı qatmayaq”

Deputat Ramiz Mehdiyevin istefasından danışdı:

Deputat Ramiz Mehdiyevin istefasından danışdı: “Onun həyatına acı qatmayaq”

“Akademik Ramiz Mehdiyevin istefasını hörmətlə qarşılayıram və hesab edirəm ki, bu istefa mədəniyyətinin nümayişi olduğundan adekvat olaraq, ideoloji münasibətindən asılı olmayaraq hər kəs tərəfindən hörmətlə qarşılanmalıdır”.

Polemika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

T.Kərimli qeyd edib ki, Ramiz Mehdiyevin fəaliyyəti müstəqillik dövrünün böyük bir hissəsini əhatə edir: “Bu fəaliyyətə, təbii ki, tənqidi baxışlar da mövcuddur. Lakin Ramiz müəllimi dövlətçilik ərkanına müvafiq şəkildə yola salmalıyıq. Gəlin mühüm vəzifədə işləyəndə deyə bilmədiyimizi bundan sonra deməklə, onun həyatına acı qatmayaq. Mən ona cansağlığı və sakit həyat arzu edirəm”./Pravda.az

Deputat Ramiz Mehdiyevin istefasından danışdı: “Onun həyatına acı qatmayaq”