“İlham Əliyev - Paşinyan görüşünün fərqli format və müddətləri müzakirə olunur” - Ermənistan XİN

Nikol Paşinyanla İlham Əliyev arasında keçiriləcək görüşün fərqli format və müddətlərdə təşkili variantları müzakirə edilir.

Polemika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan agentliyə açıqlama verib. 

Mətbuat katibi qeyd edib ki, məsələ ilə bağlı konkret razılaşma əldə olunarsa, əvvəlcədən ictimaiyyətə xəbər veriləcək.

Qeyd edək ki, bir müddət öncə qurum Paşinyanın dekabrın 15-də “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Brüsseldə Azərbaycan dövlət başçısı ilə görüşməyə hazır olduğunu açıqlamışdı.