“Delimitasiya olmadan Türkiyə Ermənistanla sərhədləri açmayacaq”

“Delimitasiya olmadan Türkiyə Ermənistanla sərhədləri açmayacaq”

“Delimitasiya olmadan Türkiyə Ermənistanla sərhədləri açmayacaq”

Türkiyə və Ermənistan arasında hazırda danışıqlar davam etməkdədir və sərhədlərin qarşılıqlı açılması da istisna edilmir. Lakin buna baxmayaraq, rəsmi İrəvan bu məsələdə də ikibaşlı oyun oynamaqdan əl çəkmir.

Azərbaycanla yekun sülh sazişinin imzalanması istiqamətində hər dəfə müsbət çıxışlar edən Paşinyan Administrasiyası, sonunda söylədiyi bəyanatlardan fərqli bir yozumda praktiki həllər ortaya qoyur. Bu həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırılması danışıqlarında da özünü büruzə verir.

Türkiyə-Ermənistan sərhədi nə vaxt açılacaq? Bu Azərbaycanın Ermənistanla sülh sazişi imzalayandan əvvəl, ya sonra baş verə bilər? Ankara İrəvanın qarşısında hansı şərtləri qoya bilər? Əsas şərtlərdən biri Azərbaycanla əlaqələrin bərpası ola bilərmi?

Polemika.az-la fikirlərini bölüşən siyasi şərhçi Qabil Hüseynli əmindir ki, Ankaranın qoyduğu əsas şərt bu ola bilər: “Azərbaycanla münasibətlər qaydaya salınmadan, Türkiyə və Ermənistan münasibətləri qaydaya salınmayacaq. O cümlədən, sərhədlər də açılmayacaq. Yəni bizimlə sərhədlər delimitasiya edilmədən Türkiyənin sərhədlərini açacağına inanmıram.

Azərbaycanla sülh müqaviləsi bağlamadan, ərazi bütövlüyümüzü tanımadan Ermənistanla diplomatik münasibətlər qurulmayacaq. Bütövlükdə bu, Türkiyə və Azərbaycan arasındakı münasibətlərin xarakterindən aslıdır. Üstəlik Ermənistan da yaxşı bilir ki, Azərbaycanla münasibətləri qaydaya salmadan, Türkiyə ilə münasibətləri qaydaya salmaq mümkün olmayacaq”.

Rafi MÜSLÜMOV

“Delimitasiya olmadan Türkiyə Ermənistanla sərhədləri açmayacaq”