Kreml: “Makronun səfərinin həlledici dəyişikliyə səbəb olacağını gözləmirik”

Kreml: “Makronun səfərinin həlledici dəyişikliyə səbəb olacağını gözləmirik”

Kreml: “Makronun səfərinin həlledici dəyişikliyə səbəb olacağını gözləmirik”

“Biz bir görüşün həlledici dəyişikliyə səbəb olacağını gözləmirik”.

Polemika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov dövlət başçısı Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasındakı baş tutacaq görüş barədə danışarkən deyib.

“Makron Avropa İttifaqına sədrlik edən ölkənin prezidentidir. Bu, çox əhəmiyyətlidir. Amma vəziyyət çox mürəkkəbdir. Bununla belə, Makron Putinə deyib ki, gərginliyin azalması istiqamətində müəyyən təklifləri var. O, bu fikirləri Putinlə bölüşməyə hazırdır”, - D.Peskov bildirib/Report.

Qeyd edək ki, liderlər arasındakı görüşün bu gün keçiriləcəyi gözlənilir.

Kreml: “Makronun səfərinin həlledici dəyişikliyə səbəb olacağını gözləmirik”