DÇ-2022: Niderland final mərhələsində, Türkiyə və Ukrayna pley-offa vəsiqə qazandı

DÇ-2022: Niderland final mərhələsində, Türkiyə və Ukrayna pley-offa vəsiqə qazandı

DÇ-2022: Niderland final mərhələsində, Türkiyə və Ukrayna pley-offa vəsiqə qazandı

Bu gün DÇ-2022-nin seçmə mərhələsinə yekun vurulub.

Polemika.az xəbər verir ki, 10-cu turda son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş keçirilib. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olub.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edib. Matç qonaqların qələbəsilə başa çatıb - 2:0. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olub və eyni hesabla qalib gələrək pley-offa vəsiqə qazanıb.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. Çexiya isə evdə Estoniya ilə üz-üzə gəlib və qələbə qazanıb - 2:0. Uels və Çexiya kollektivləri qrupda 2-ci yer uğrunda mübarizə aparsalar da, UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin ediblər.

G qrupunda olacaq 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi qəbul edib. Ev sahibləri qalib gələrək final mərhələsinə adlarını yazdırıblar - 2:0. Digər matçda isə Türkiyə səfərdə Monteneqronun qonağı olub. Qardaş ölkənin yığması 2:1 hesablı qələbə sayəsində pley-offa vəsiqə qazanıb.

DÇ-2022, seçmə mərhələ

10-cu tur

16 noyabr

 

D qrupu

23:45. Finlandiya - Fransa - 0:2

Qollar: Kərim Benzema, 66, Kilian Mbappe, 76

 

23:45. Bosniya və Herseqovina - Ukrayna - 0:2

Qollar: Aleksandr Zinçenko, 59, Artyom Dovbik, 79

 

E qrupu

23:45. Uels - Belçika - 1:1

Qollar: Kiffer Mur, 32 - Kevin De Brüyne, 12

 

23:45. Çexiya - Estoniya - 2:0

Qollar: Yakub Brabets, 59, Yan Sikora, 85

 

G qrupu

23:45. Cəbəllütariq - Latviya - 1:3

Qollar: Liam Uoker, 7 - Vladislav Qutkovski, 25, Roberts Uldrikis, 55, Raymonds Krollis, 75

 

23:45. Monteneqro - Türkiyə - 1:2

Qollar: Fatos Beçiray, 4 - Kerem Aktürkoğlu, 22, Orkun Kökçü, 60

 

23:45. Niderland - Norveç - 2:0

Qollar: Stiven Berqveyn, 84, Memfis Depay, 90+1

 

DÇ-2022: Niderland final mərhələsində, Türkiyə və Ukrayna pley-offa vəsiqə qazandı