Mahirin baş məşqçisi danışdı: "Bir qol vursa, davamı gələcək"

Mahirin baş məşqçisi danışdı: "Bir qol vursa, davamı gələcək"

Mahirin baş məşqçisi danışdı: "Bir qol vursa, davamı gələcək"

"Mahir Emreli ardıcıl neçə oyundur ki, qol vura bilmirr. Lakin o, çox yaxşı və güclü hücumçudur. İnanıram ki, bazar günü  çoxlu qol epizodları yaradacağıq və o, öz ustalığını göstərəcək".

Polemika.az xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının baş məşqçisi Marek Qolebiyevski klubun saytına açıqlamasında deyib.

41 yaşlı mütəxəssis Polşa çempionatının 12-ci turunda "Pyast"a 1:4 hesabı ilə uduzduqları matçda Emrelinin ardıcıl iki dəfə dirəyə zərbə vurduğu epizodla bağlı onunla danışdığını bildirib: 

"Mən özüm də həmin mövqedə oynamışam. Bu barədə düşünməməsi üçün onu sakitləşdirdim. Hücumçu boşa çıxan fürsətləri düşünərək yaşaya bilməz. Beyni təmiz olmalı və növbəti qol vəziyyətindən istifadə edəcəyi barədə müsbət düşünməlidir. "Qara zolaq"dan danışmaq istəmirəm. Mahir bir qol vursa, davamı gələcək. O, çox yaxşı futbolçudur və əminəm ki, bunun öhdəsindən gəlməyi bacaracaq. Mahir həqiqətən arzuları olan və iddialı gəncdir. Bəzən isə həddindən artıq istəyəndə işlər pisləşir. Onunla danışdım və dedim ki, növbəti 10 şansında 10 qol vuracaq. Elə olur ki, topun niyə qapıya getmədiyini biz də bilmirik. İdman belədir". 

Mahirin baş məşqçisi danışdı: "Bir qol vursa, davamı gələcək"