"Legiya" Mahirin ötürməsi ilə qalib oldu

"Legiya" Mahirin ötürməsi ilə qalib oldu

"Legiya" Mahirin ötürməsi ilə qalib oldu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti oyununu keçirib.

Polemika.az xəbər verir ki, Varşava təmsilçisi 16-cı turda "Yaqelloniya" ilə üz-üzə gəlib. Görüş "Legiya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir sonadək mübarizə aparıb. Komandasının yeganə qolunun ötürməsini də Emreli verib. 

Beləliklə, ardıcıl 7 oyundur uduzan "Legiya" nəhayət uğursuz seriyaya son qoyub.

Bu nəticədən sonra paytaxt təmsilçisi turnir cədvəlində 12 xalla 16-cı pillədə qərarlaşıb. "Legiya" digər komandalardan  2 oyun az keçirib.

28 noyabr

20:30. "Legiya" - "Yaqelloniya" - 1:0

Qol: Yohansson, 45 

 

"Legiya" Mahirin ötürməsi ilə qalib oldu