“Azərbaycan dövlətinin ərazisi Xəzərin hesabına genişlənir” – Ekspert

“Azərbaycan dövlətinin ərazisi Xəzərin hesabına genişlənir” – Ekspert

“Azərbaycan dövlətinin ərazisi Xəzərin hesabına genişlənir” – Ekspert

“1995-ci ildən sonra Xəzər dənizinin səviyyəsində müəyyən enmələr müşahidə edilir. Bu səviyyənin azalması davam edir. Səviyyənin enməsində sahil zolağında quru sahələr genişlənir və ölkə ərazisi bunun hesabına artır”.

Bu sözləri Polemika.az-a açıqlamasında AMEA-nın akademik Həsən Əliyev adına Cografiya İnstitutunun landşaftşünaslıq landşaft planlaşdırma şöbəsinin müdiri Mirnuh İsmayılov deyib. 

Onun sözlərinə görə, quru sahələrin artması materikdə gedən təbii və antropogen dəyişmələri özündə əks etdirir, bəzən su səviyyəsi qalxır, bəzən isə enir. 

“Xəzər suyunun geri çəkilməsinin əsas səbəbi tektonik və iqlim dəyişiklikləridir. Proqnozlara görə, uzaq gələcəkdə Xəzər dənizində tektonik piltələrin hərəkəti nəticəsində hövzənin sahəsi kiçiləcək. Xəzərin sadəcə cənub və orta hissəsi bir-birindən ayrılmış şəkildə mövcud olacaq, qalan hissələr isə quruyacaq. 

Hazırda Xəzər sularının geri çəkilməsi sürətlə artır. Bu yaxınlarda Kürün Xəzərə töküldüyü deltada oldum, həmin vaxtda deltada su yox idi, bəzi yerlərdə artıq adacıqlar yaranmışdı. Bu onu göstərir ki, Azərbaycanda Xəzərə tökülən çaylarda ciddi problem yaranıb. Kür çayı artıq Xəzərə tökülmür. Azərbaycan ərazisində Xəzəri su ilə təmin edən Kür çayıdır. Amma Kür üzərində tikilən su anbarları, təsərrüfatda sudan istifadənin artması Xəzərə axan suları azaldır”, – deyə Mirnuh İsmayılov izah edib.

Ekspert Xəzər dənizinin Azərbaycanın quru və su hövzəsinə təsirini də dəyərləndirib: 

“Xəzər dənizində suyun geri çəkilməsi ilə əlaqədar Azərbaycanın quru sahəsi genişlənib, düzdür həmin quru sahədən qısa zamanda istifadə etmək qeyri-mümkündür. Əslində, genişlənən sahə, şornalıq, bataqlıq ərazi olur. Ondan istifadə etmək də çətindir. 

Xəzər sularının azalması ilə əlaqədar Azərbaycanın quru ərazisi ümumən 90 min kv.km-dir. 1978-ci ildə Xəzər ən aşağı su səviyyəsini yaşadı, 2000-ci ilə qədər stabil forma aldı, lakin 2000-ci ildən sonra yenidən azalmalar oldu. Xəzər dənizinin su hövzəsinin kiçilməsi 3min kv.km quru sahə yaradıb. Buna görə də, Azərbaycan ərazisinin genişlənməsi və azalması da Xəzərlə sıx bağlıdır. Əgər qapalı su hövzəsinin kənarında yaşayırsansa, bunlara hazır olmalısan”.

Ayzel

“Azərbaycan dövlətinin ərazisi Xəzərin hesabına genişlənir” – Ekspert