Azərbaycanda vəzifəli şəxs cərimələndi

Azərbaycanda vəzifəli şəxs cərimələndi

Azərbaycanda vəzifəli şəxs cərimələndi

Azərbaycanda bələdiyyənin vəzifəli şəxsi barəsində cərimə yazılıb. 

Polemika.az xəbər verir ki, Xocəsən Bələdiyyəsinin sədr müavini Budaqlı Qartal İlqar oğlu barəsində yol hərəkəti üzrə müvafiq qaydaların pozulmasına görə cərimə protokolu tərtib edilib. 

Sədr müavini barəsində yazılan protokola Binəqədi Rayon Məhkəməsində baxılır.

O, İnzibati Xətalar Məcəlləsinin 529.3-cu (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsinin tələblərini pozmaqda təqsirləndirilir.

Günahı sübuta yetiriləcəyi təqdirdə Q.Budaqlının nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılacaq./Oxu.az

Azərbaycanda vəzifəli şəxs cərimələndi