DÇ-2022: 17 milyon azarkeş bilet üçün müraciət edib

DÇ-2022: 17 milyon azarkeş bilet üçün müraciət edib

DÇ-2022: 17 milyon azarkeş bilet üçün müraciət edib

DÇ-2022-yə bilet sifarişlərinin birinci mərhələsi başa çatıb.

Yanvarın 19-dan fevralın 8-dək olan müddətdə FİFA-ya bilet üçün 17 milyon müraciət daxil olub.

Polemika.az xəbər verir ki, Qətərdə keçiriləcək mundiala ən böyük maraq təşkilatçı ölkədəndir. Növbəti yerlərdə Argentina, Braziliya, İngiltərə, Fransa, Hindistan, Meksika, Səudiyyə Ərəbistanı, BƏƏ və ABŞ qərarlaşıb.

Azarkeşlər daha çox finala bilet əldə etmək istəyir. Dekabrın 18-dəki qarşılaşma üçün 1,8 milyon müraciət daxil olub.

Qeyd edək ki, mundial noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

DÇ-2022: 17 milyon azarkeş bilet üçün müraciət edib