Daha bir güləşçimiz qızıl medal qazandı

Daha bir güləşçimiz qızıl medal qazandı

Daha bir güləşçimiz qızıl medal qazandı

Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Polemika.az xəbər verir ki, 97 kq çəki dərəcəsindən çıxış edən idmançı finalda almaniyalı Yohannes Mayerlə üz-üzə gəlib.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn İlyasov Avropa çempionatının qalibi olub.

79 kq-dakı Əşrəf Aşırov bolqarıstanlı Oktay Hasanı məğlub edərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) qızıl, Tofiq Əliyev (57 kq) bürünc medala yiyələnib.

Daha bir güləşçimiz qızıl medal qazandı