Avropa Liqası: “Qalatasaray” qrupdan çıxdı

Avropa Liqası: “Qalatasaray” qrupdan çıxdı

Avropa Liqası: “Qalatasaray” qrupdan çıxdı

“Qalatasaray” Avropa Liqasında növbəti oyununu keçirib.

Polemika.az xəbər verir ki, İstanbul klubu Fransa “Marsel”ini qəbul edib. E qrupunun lideri olan “Cim-Bom” bu qarşılaşmadan da 3 xalla ayrılıb.

4:2 hesablı qələbə qazanan “Qalatasaray” xal hesabını 11-ə çatdırıb. “Latsio” “Lokomotiv”lə səfər matçında qələbə qazanıb - 3:0. Bu nəticələrdən sonra Türkiyə və İtaliya təmsilçilərinin ilk iki yerdə qərarlaşacağı dəqiqləşib. 1/8 finala birbaşa vəsiqə və pley-offa yollanacaq komandanın adına son turda aydınlıq gələcək. Son turda "Qalatasaray" İtaliyada "Latsio"nun qonağı olacaq. "Sarı-qırmızılılar"a liderlik üçün 1 xal da bəs edəcək.

Qeyd edək ki, VI turun görüşləri dekabrın 9-da keçiriləcək.

Avropa Liqası: “Qalatasaray” qrupdan çıxdı