“Cənub Qaz Dəhlizinin reallaşması yeni mərhələdir”

“Cənub Qaz Dəhlizinin reallaşması yeni mərhələdir”

“Cənub Qaz Dəhlizinin reallaşması yeni mərhələdir”

“Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, 2015-ci ildən ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarına hər dəfə Azərbaycanın ev sahibliyi etməsi  ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Bu toplantılar ölkəmizin enerji sektorunda qazandığı uğurların təqdimatı olmaqla yanaşı, müxtəlif əməkdaşlıq formatlarının müzakirəsi, perspektivlərin müəyyənləşdirilməsi baxımından da  əhəmiyyətlidir”. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O, bildirib ki, dünyanı cənginə almış koronavirus infeksiyası səbəbindən ötən il toplantı  videokonfrans formatında keçirilsə də, bu il fevralın 4-də müvafiq şərtlər əsasında   Avropa İttifaqının (Aİ)  komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri Bakıda bir araya gəldilər:

“Azərbaycan Prezidenti İlham Əliyev “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı dərin məzmunlu, proqram xarakterli nitqində bu beynəlxalq tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Dövlət başçısı  nitqində bu məqamı xüsusi qeyd etdi ki, bu gün  qarşılıqlı əlaqələrimizin ənənəvi formatını bərpa edirik. Belə format təkcə qarşımızda duran əhəmiyyətli məsələləri həll etmək üçün yox, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq üçün daha yaxşı imkanlar yaradır. Hər ilin fevral ayında biz ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq. Məşvərət Şurasının hər bir iclası müəyyən nailiyyətlərin təqdimatı ilə yadda qalır.”

V.Rəhimzadə qeyd edib ki, Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısının ənənəvi olaraq keçirilməsinə başlandığı 2015-ci ildən bugünədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə  dünyanın enerji xəritəsini dəyişdiyini böyük əminliklə söyləyə bilərik: “2014-cü ildə “Əsrin müqavilə”sinin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Dövlət başçısı İlham Əliyev bu mühüm hadisəni görülən işlərin zirvəsi kimi dəyərləndirərək belə bir  inamı da ifadə etmişdi ki, bütün işlər nəzərdə tutulduğu vaxtda həyata keçiriləcək.”

 

“Cənub Qaz Dəhlizinin reallaşması yeni mərhələdir”