“Azərbaycanda bitki yağlarının qiyməti bir neçə dəfə artdı” – Savaş böhranı böyüyür

“Azərbaycanda bitki yağlarının qiyməti bir neçə dəfə artdı” – Savaş böhranı böyüyür

“Azərbaycanda bitki yağlarının qiyməti bir neçə dəfə artdı” – Savaş böhranı böyüyür

Rusiya və Ukrayna müharibəsinin 15-ci gününü yaşayırıq. Ukraynanın bir çox şəhərləri mütəmadi olaraq atəşə məruz qalır, bombardman edilir. Ukrayna hücuma məruz qaldığına görə, orada iş yerləri fəaliyyətini dayandırıb. İnsanlar evlərindən çıxıb, zirzəmilərə sığınırlar. Ərzaq qıtlığı müşahidə olunur.

Rusiyada da biznes zəifləyib. Bəzi iş yerləri fəaliyyətini dayandırıb. Bu səbəbdən Rusiyanın bəzi mağazalarında ərzaq və məişət məhsullarının satışına məhdudiyyətlər qoyulub. Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar da buna öz təsirini göstərir. Müharibə hər iki ölkəyə özünməxsus şəkildə təsir göstərir.

Azərbayacanın Rusiya və Ukrayna ilə idxal-ixrac əlaqələri var. Maraqlıdır, Azərbaycanda rus mallarının qiyməti qalxa bilərmi?

İqtisadçı Akif Nəsirli Polemika.az-a açıqlamasında deyib ki, hazırda buğdanın idxalında problemlər var: “Rusiyadan Azərbaycana külli miqdarda ərzaq buğdası idxal olunur. Hazırda onun idxalında problem var. Qiymətin müəyyənləşdirilməsində çətinlik yaranıb. 

Rus rublu dəyərdən düşdüyünə görə, idxal-ixracda, ödəmələrdə problem yaranıb. İxracı dayandırıblar. Hesab edirəm ki, digər məhsullarda da bu cür problemlər yaşanır”.

Ekspertin sözlərinə görə,  məhsul qıtlığı Azərbaycanın daxili bazarına təsir göstərəcək:

“Rusiya total sanksiyalar altındadır. Hazırda Rusiyaya ərzaq idxalı problemi yaranıb. Ərzaq məhsullarının qıtlığı başlayıb. Bu da Azərbaycanın daxili bazarına təsir edəcək.

Rusiyadan bitki yağları da gətirilir. Yağların 70-80 faizi Rusiyadan idxal olunur. Ümumiyyətlə, dünyada bitki yağlarının ən böyük istehsalçıları Ukrayna və Rusiyadır. Bu iki ölkənin birində müharibə gedir, digəri də sanksiyalar altındadır. Ona görə də bitki yağlarının qiyməti bir neçə dəfə artıb. 

İrəliləyən günlərdə Rusiyadan idxal olunan məhsulların qıtlığını biz hiss edəcəyik. Spirtli içkilərlə bağlı problem yaranacağını düşünmürəm. Çünki Azərbaycanın daxilində də hazırlanır. Xarici emblemlər altında Azərbaycanda istehsal olunur”.

A.Nəsirli qeyd edib ki, Azərbaycan artıq indidən başqa bazar axtarmalıdır: “Bir və ya bir neçə məhsul üzrə yalnız bir ölkəyə fokslanmaq olmaz. Belə post-major şəraitdə problem yarada bilər. Buğda istehsalında yeni mənbələr tapa bilərik. Bitki isə çətindir.

Azərbaycan artıq indidən başqa bazar axtarmalıdır. Başqa alternativ olmalıdır ki, birində problem olanda digəri ilə aradan qaldıra bilək”.

Nəzrin Vahid

“Azərbaycanda bitki yağlarının qiyməti bir neçə dəfə artdı” – Savaş böhranı böyüyür