"Buğdanın qiyməti artacaq" - Bloomberg agentliyi

"Buğdanın qiyməti artacaq"

"Buğdanın qiyməti artacaq" - Bloomberg agentliyi

Nüfuzlu Bloomberg agentliyi bildirir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyada ciddi ərzaq çatışmazlığı problemi yaradacaq.

Polemika.az-ın məlumatına görə, agentlik bunu  onunla əsaslanmdırıb ki, hər iki ölkə - Rusiya və Ukrayna dünyanın əsas taxıl ixracatçısındandır.

Bloomberg-in məlumatında bildirilib ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyada buğda, qarğıdalı və düyünün qiyməti təxminən 22% artacaq, bu da 45 milyonadək insanın aclığa məruz qalmasına səbəb olacaq.

Qeyd edilir ki. hazırda insanların enerji tələbatının 40% də buğdanın, qarğıdalının və düyünün hesabına ödənilir.

 

 

"Buğdanın qiyməti artacaq" - Bloomberg agentliyi