COVID xəstəsi küçədə saxlanıldı

COVID xəstəsi küçədə saxlanıldı

Şamaxıda ictimai yerdə koronavirus xəstəsi saxlanılıb.

Polemika.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, şəhər sakini Elsevər Usubalıyevə COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs saxlanılıb və bu barədə müvafiq səhiyyə qurumlarına məlumat verilib.

E.Usubalıyev barəsində Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

COVID xəstəsi küçədə saxlanıldı