Çevik polis alayının əməkdaşları bıçaqlandı

Çevik polis alayının əməkdaşları bıçaqlandı

Çevik polis alayının əməkdaşları bıçaqlandı

Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb.

Polemika.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Hadisənin təfərrüatı araşdırılır.

Çevik polis alayının əməkdaşları bıçaqlandı