"Çiskinli yağış havanı təmizləyib, oksigenlə zənginləşdirib" - Gülşad Məmmədova

"Çiskinli yağış havanı təmizləyib, oksigenlə zənginləşdirib"

"Çiskinli yağış havanı təmizləyib, oksigenlə zənginləşdirib" - Gülşad Məmmədova

Od çərşənbəsinin yaxınlaşması həmişə havanın istiləşməsindən xəbər verir. 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Polemika.az-a bildirib ki, builki  Od çərşənbəsinin səhər saatlarından müşahidə edilən çiskinli yağış havanı təmizləyib, oksigenlə zənginləşdirib. Nisbətən yüksək atmosfer təzyiqi fonunda mülayim sakit yaz havası meteohəssas insanlar üçün əlverişli olub:

“Havanın maksimal temperaturu bu gün günorta saatlarında 14 dərəcəyə yaxınlaşaraq iqlim normasından yüksək temperatur rejiminin davam etməsinə “dəstək” verəcək. Müqayisə üçün bildirim ki, keçən il Od çərşənbəsində temperatur iqlim normasından 1 dərəcə aşağı olub. Son 10 ildə Bakıda və Abşeron yarımadasında od çərşənbəsində ən yüksək temperatur  2014-cü ildə 16.4  dərəcə isti,  ən aşağı temperatur isə 2019-cu ildə 2 dərəcə isti qeydə alınıb”.

G.Məmmədovanın sözlərinə görə, Od çərşənbəsində ən çox yağıntı   2020-ci ildə müşahidə edilib.  Düşən yağıntının miqdarı Sumqayıtda 12 mm-ə çatıb.

"Çiskinli yağış havanı təmizləyib, oksigenlə zənginləşdirib" - Gülşad Məmmədova