"Yol canavarı"nın tələsinə daha çox kimlər düşür?

"Yol canavarı"nın tələsinə daha çox kimlər düşür?

"Yol canavarı"nın tələsinə daha çox kimlər düşür?

Bakı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) cari ilin 9 ayı ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikasını yayıb. 2021-ci ilin 9 ayda ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə, 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb.

Polemika.az-a açıqlamasında idarənin ictimayyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yol nəqliyyat hadisələrinin əsasən piyada vurma, sürət həddinin aşılması, sərxoş vəziyyətdə avtomobillərin idarə edilməsi ilə bağlı olduğunu bildirib:

“Yol nəqliyyat hadisələri yol hərəkəti haqqında qanunun pozulması ilə qeydə alınır. Mexaniki nəqliyyat vasitələrinin hərəkəti zamanı insanlara xəsarət, yaxud ölüm gətirilirsə, əmlaka maddi ziyan dəyirsə, bu yol nəqliyyat hadisəsi hesab edilir. Yol nəqliyyat hadisələri müxtəlif növlərə bölünür. Toqquşma, aşma, piyada vurma, avtobusdan yıxılma və s. Bu gün Bakı şəhərində baş verən yol nəqliyyat hadisələri əsasən sürücülərin səhlənkarlığı, piyadaların diqqətsizliyi ilə bağlıdır.

Hadisələrin təhlili göstərir ki, onların təxminən 47%-i piyadanın vurulması ilə nəticələnin. Çünki piyadaların keçid kimi təyin olunmayan yerlərdən istifadə etməsidir. Piyadaların aldığı zədələrin ağırlıq dərəcələri çox ciddi narahatlıq doğurur.

Bakı şəhəri üzrə qeydə alınan yol-nəqliyyat hadisələri əsasən piyada vurma, sürət həddinin aşılması, sərxoş vəziyyədə avtomobillərin idarə edilməsi ilə əlaqəlidir”.

Vaqif Əsədov “I-Patrul” sistemi haqqında da danışıb:

“Bu gün istər ölkədə, istərsə də Bakı şəhərində “I-Patrul” kimi tanınmış sistem tətbiq edilir. Həmin sistemin tətbiqi, təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulub. Sistem ABŞ, Almaniya, BƏƏ, Türkiyə və digər inkşaf etmiş ölkələrdə tətbiq olunur. 

“I-Patrul” sistemi avtomatik hərəkətə nəzarət etməyə və inzibati tənbeh tədbirlərinin görülməsinə şərait yaradır ki, bu da müsbət göstəricidir”.

Mehri Qurban

"Yol canavarı"nın tələsinə daha çox kimlər düşür?