Azərbaycanda ötən iki ayda 6 nəfər minaya düşüb

Azərbaycanda ötən iki ayda 6 nəfər minaya düşüb

Azərbaycanda ötən iki ayda 6 nəfər minaya düşüb

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin fevral ayında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyindən Polemika.az-a verilən məlumata görə, nəticədə bir mülki şəxs kasetli silah qalığının partlamasından həlak olub və iki mülki şəxs isə piyada əleyhinə mina partlamasından yaralanıb.

"2022-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Yevlax və Təttər rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb", - açıqlamada deyilir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.

Azərbaycanda ötən iki ayda 6 nəfər minaya düşüb