"Çernobıl AES birgə qorunacaq" - Zaxarovadan bəyanat

"Çernobıl AES birgə qorunacaq" - Zaxarovadan bəyanat

"Çernobıl AES birgə qorunacaq" - Zaxarovadan bəyanat

"Rusiya tərəfi Çernobıl AES-də birgə təhlükəsizliklə bağlı Ukrayna hərbçiləri ilə razılığa gəlib".

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

O deyib: “Rusiya hərbçilərinin Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ələ keçirməsi onun təhlükəsizliyinə xələl gətirməyəcək şəkildə həyata keçirilib. Stansiyanın mühafizə batalyonunun Ukrayna bölməsinin hərbi qulluqçuları ilə onun enerji bloklarının və sarkofaqın birgə təhlükəsizliyinə dair razılıq əldə olunub”.

M. Zaxarova əlavə edib: "Bu obyektin təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərmək niyyətindəyik".

"Çernobıl AES birgə qorunacaq" - Zaxarovadan bəyanat