"Çelsi"yə daha bir türk müştəri çıxdı

"Çelsi"yə daha bir türk müştəri çıxdı

"Çelsi"yə daha bir türk müştəri çıxdı

Türkiyəli iş adamı Muhsin Bayrak “Çelsi”nin səhmlərini almaq istəyir.

Polemika.az xəbər verir ki, “AB Grup Holding”in sahibi  tezliklə istəyinə çatacağına inanır.

O, “zadəganlar”ın hazırkı sahibi Roman Abramoviçin də bu fikirdə olduğunu söyləyib:

“İdarə Heyəti sabah məsələyə aydınlıq gətirəcək. Hazırda xoşagəlməz bir durum yoxdur. Bu cəsarəti bir türkün göstərməsi, Türkiyəni bütün dünyanın müzakirə mövzusu etməsi önəmli işlərdir. Dünya futbol ictimaiyyəti və bu işi bilən insanlar “Çelsi”ni almaq şansımızın 90% olduğunu düşünür. Roman Abramoviç də bu fikirdədir”.

Qeyd edək ki, “Çelsi”nin hazırkı sahibi Roman Abramoviç 2003-cü ildə 140 milyon funt sterlinqə aldığı səhmləri indi 4 milyarda satmağı planlaşdırır.

"Çelsi"yə daha bir türk müştəri çıxdı