AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirildi

AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirildi

AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirildi

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.

Polemika.az xəbər verir ki, bu haqda məlumatı AFFA-nın rəsmi saytı yayıb.

İclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, AFFA-nın difər rəsmiləri, habelə  Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.

Elxan Məmmədov klub nümayəndələrinin diqqətinə çatdırıb ki, qarşıdakı mövsümdən etibarən qadın futboluna diqqəti daha da artırmaq vacibdir. Çünki UEFA bu sahəyə lisenziyalaşdırma prosesində mütləq meyarlardan biri kimi yanaşmağa başlayacaq.

O bildirib ki, uşaq futbolu, klubların nəzdindəki akademiyaların fəaliyyəti klublarımız üçün prioritet istiqamətlərdən biri olmalıdır. AFFA rəsmisi klubları sosial layihələrdə daha fəal olmağa, ildə bir neçə dəfə müxtəlif bölgələrdə futbolun təbliği və kütləviləşməsi məqsədi daşıyan layihə təkliflərini AFFA-ya təqdim etməyə səsləyib. 

Klublar Komitəsinin iclası gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam edib.

AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirildi